40 iranlı komandir öldürüldü – SENSASİON İDDİA

İsrail Müdafiə Ordusu (SAXAL) fevralın 28-də İrana endirilən ilk zərbə zamanı İran hərbi komandanlığının 40-a yaxın əsas nümayəndəsinin öldürüldüyünü iddia edir.

turaninsesi.az ” xəbər verir ki, bu barədə SAXAL-ın mətbuat xidməti məlumat yayıb.

“İlkin mərhələdə 40 komandir, İran rejiminin müdafiə nazirliyinin rəhbərliyi aradan qaldırılıb”, – deyə ordunun mətbuat xidmətinin açıqlamasında bildirilir.

“Bundan əlavə, SAXAL İranın qərbində və mərkəzində onlarla HHM qurğusunu məhv edib ki, bu da Tehran səmasında hava üstünlüyünün yaradılmasına yol açıb”, – deyə məlumatda vurğulanır.

Arzu Paşaqızı