4 min Suriya əsgəri İraqa sığındı

Suriya Ərəb Ordusunun 4 mindən çox əsgəri İraqa sığınıb.

turaninsesi.az” xəbər verir ki, bu barədə İraq milislərinin nümayəndəsi məlumat yayıb.

Sərhədin İraq tərəfinə keçən əsgərlər silah, texnika və maşınlarını təhvil veriblər. Hərbçilər müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Mənbə bu obyektin dəqiq harada yerləşdiyini açıqlamayıb.

Eyni zamanda, İraq təhlükəsizlik xidmətlərindən olan digər agentlik həmsöhbəti Suriyanın Əl-Həsəkə əyalətinin qubernatorunun bir qrup əsgərlə birlikdə bazar günü gecə Əl-Qaim şəhəri yaxınlığındakı nəzarət-buraxılış məntəqəsinə gəldiyini bildirib. Nəticədə bütün gələnlərin İraq ərazisinə buraxılmasına icazə verilib.