37 məhbus səhvən həbsdən azad edildi

0

Böyük Britaniyada 37 məhbus səhvən həbsxanadan vaxtından əvvəl azad edilib.

turaninsesi.az” xəbər verir ki, hökumətin həbsxanalardakı sıxlığı azaltmaq niyyətinə uyğunn olaraq Ədliyyə Nazirliyi xüsusis proqram həyata keçirib. Lakin təsadüfən əlavə 37 nəfər həbsdən azad edilib. 

İş-işdən keçdikdən sonra məmurlar əl-ayağa düşüb, lakin həmin məhbusların 5-i hələ də həbsxanaya qayıtmayıb. 

Canilərin tapılması üçün polis hərəkətə keçib. Çünki səhvən azad edilənlərin məhkumluqları qüvvədə qalır. Onlar tezliklə dəmir barmaqlıqlar arxasına qayıdacaqlar.

Xatırladaq ki, İngiltərə və Uelsdə 1991-ci ildə təxminən 40 min məhbus var idi. Bir ay əvvəl bu say 88 min 521-ə, bütün zamanların ən yüksək həddinə çatıb. Hökumət proqramının icrasından sonra İngiltərə və Uelsdəki kişi həbsxanalarında cəmi 83 boş yer qalıb. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir