KİV: Kiyev Vaşinqtonla daha az məxfi məlumat paylaşmağa başlayıb


Ukrayna sızan məxfi sənədlər fonunda ABŞ ilə daha az məlumat paylaşmağa başlayıb.

Turanın səsi ” xəbər verir ki, bu barədə “Politico” nəşri avropalı iki məmura istinadən məlumat yayıb.

Bildirilib ki, rəsmi Kiyev əks-hücum ərəfəsində növbəti sənədlərin işıqlandırılmasından çəkinir. Ancaq Vaşinqtondakı “Politico” mənbələri Kiyevin davranışında heç bir dəyişiklik hiss etməyib, bununla belə, etiraf ediblər ki, Ukrayna bu cür məlumatların paylaşılmasında həmişə ehtiyatlı olub (Amerika mətbuatı bu barədə son aylarda bir neçə dəfə yazıb).

Ağ evin Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Con Kirbi ukraynalıların məxfiliyi ilə bağlı suala belə cavab verib: “Onlardan bizi xəbərdar etmək və ya əvvəlcədən məlumatlandırmaq tələb olunmur”. O əlavə edib ki, ABŞ və Ukrayna rəsmiləri gündəlik təmasdadırlar, ona görə də Vaşinqton tez-tez çox şey təxmin edə bilir.

Kirbinin sözlərinə görə, ABŞ Ukraynanı real vaxt rejimində kəşfiyyat məlumatları ilə təmin etməkdə davam edir:

“Biz əvvəlcədən xəbərdar olub-olmayacağımıza köklənmirik. Başlamağa hazır olana qədər onların ehtiyac duyduqları hər şeyə sahib olmasını təmin etməyə diqqət yetiririk”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir