2025 proqnozları: Yadplanetlilər artıq gizlənməyəcək
Kraliça II Elizabetin ölümünü düzgün bilən məşhur britaniyalı media Deborah Davies 2025-ci il üçün yeni proqnozlar verib. Davisin sözlərinə görə, 2025-ci ildə yadplanetlilər artıq gizlənməyəcək və bəşəriyyətlə əlaqə quracaqlar.
“turaninsesi.az” xəbər verir ki, 2025-ci ilin dünya tarixində əhəmiyyətli bir dönüş nöqtəsi olacağını iddia edən Davis, yadplanetlilərlə fiziki təmasların başlayacağını və Naməlum Hava Hadisələri (UAP) hallarında ciddi artım olacağını iddia edib.
Yadplanetlilərin insanlığa zərər verməkdənsə, kömək etmək üçün yer üzünə gələcəklərini ifadə edən Davis, “Onlar iqtidardakı insanların əsiri olduqlarını bilirlər, lakin pis niyyətləri yoxdur” deyib.
2025-ci ildə səmada daha çox UFO və ya UAP müşahidələrinin olacağını qeyd edən Davis, “Artıq yadplanetlilərin varlığı inkar edilə bilməz. Xüsusilə ilin sonuna doğru fiziki təmasların sayında böyük artım olacaq”,- deyə əlavə edib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI