20 il sonra ilk: Günəşdə partlayış Türkiyədə də göründü
Günəşdə qeyri-adi aktivlik son 20 ilin ən güclüsü kimi qeydə alınan G4 sinifli geomaqnit qasırğasına səbəb olub.
“Turanın səsi ” xəbər verir ki, Yerin maqnit sahəsi ilə Günəşdən gələn yüklü hissəciklərin qarşılıqlı təsiri nəticəsində ortaya çıxan Şimal İşıqları dünyanın müxtəlif coğrafiyalarında aydın şəkildə müşahidə edilmişdir.
Oxşar hadisə Türkiyədə də nəzərə çarpıb.