1917-ci il Yer İraq..
İngilis generalı bir müddət qoyunlarını otaran çobana baxdıqdan sonra ona yaxınlaşır və deyir ki:
- sürünü qoruyan itini öldürsən, sənə 100 sterlinq verərəm.
Bu, uzun müddət ağır şəraitdə yaşayan çoban üçün böyük puldur.
Bununla belə, it də çox qiymətlidir. Sürüsünü idarə edən, hər cür təhlükədən qoruyan, xəstə qoyunun başında belə günlərlə ac-susuz gözləyən çobanın yeganə etibarı, it bir sərvətdir.
Ancaq təklif olunan pul 100 funt sterlinqdir.
Çoban iti tutub generalın qabağında kəsir və pulu alır.
General:
- Köpəyin dərisini soysan daha 100 sterlinq verəcəm deyir.
Çoban bu dəfə düşünmədən, İtin dərisini soyur və pulu alır.
General:
- Əgər iti parçalara ayırsan, daha 100 sterlinq deyir..
Artıq iş-işdən keçib, çoban iti parça-parça edir, pulunu alır.
İşi bitdikdən sonra oradan ayrılmaq istəyən generala bu dəfə təklif çobandan gəlir:
- 100 sterlinq daha versən, itin ətini də yeyərəm.. General cavab verir:
- Heç vaxt!! Məqsədim sizin dəyər verdiklərinizə münasibətinizi öyrənmək idi. Yoldaşını, köməkçini, itini pula qurban verdin.
Mənə lazım olanı öyrəndim.
Sonra üzünü yanındakılara cevirir.
Deyir:
- nə qədər ki, insanlarda bu xarakter var, qorxma, hər şeyi edə bilərsən.
Pulu olan və dəyəri olmayan insanlar, dəyəri olan, amma pulu olmayan insanların həyat tərzini dəyişdi.
Təəssüf ki, insanların şəxsi mənfəətləri üçün sata bilməyəcəyi dəyər qalmayıb.
Ya az pula, ya da çox pula.
Bəzən pula, bəzən vəzifəyə görə..
Qazanmaq üçün satanlar…
Əslində, tamamilə itirdiklərini dərk etmirlər.
Çünki dəyərini pula satanlar, satdıqları adamın iti olmaqdan, başqa işə yaramazlar…
Pulun aça bilmədiyi qapı yoxdur deyənlər,
Əslində! Pul üçün hər şeyi edə bilənlərdir…