“120 rəsmi şəxslə cinsi əlaqə” məhkəmədə araşdırılacaq

İranda keçmiş deputat Mustafa Kəvakebian TV-də səsləndirdiyi iddiadan sonra məhkəmə qarşısına çıxarılacaq.
“turaninsesi.az” mizan-a istinadla xəbər verir ki, o, fransız-yəhudi mənşəli jurnalist Ketrin Şakdamın İranda işlədiyi dövrdə 120 rəsmi şəxslə cinsi əlaqədə olduğunu və onların vasitəsi ilə dövlət sirlərini öyrəndiyini bildirmişdi.
Bu iddiadan sonra məhkəmə orqanları ondan sənədli sübutlar tələb etmiş, lakin M. Kəvakebian heç bir rəsmi dəlil gətirə bilməmişdi.
Bundan sonra Tehran Prokurorluğu siyasi fəala qarşı cinayət işi açıb. Artıq prokurorluq sabiq deputata qarşı ittiham aktı çıxarıb və iş baxılması üçün məhkəməyə göndərilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI