Ərdoğanla Putin arasında telefon danışığı olub, səfərlə bağlı razılıq əldə edilib – YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı başa çatıb.

Turanın səsi ” xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

R.T.Ərdoğan Türkiyədə meşə yanğınları ilə mübarizə üçün 2 amfibiya yanğınsöndürmə təyyarəsi göndərdiyinə görə V.Putinə təşəkkür edib.

O, rusiyalı turistlərin Türkiyəyə artan marağından məmnunluğunu ifadə edərək, bu il birgə səylər nəticəsində turizmdə rekordu qıracaqlarına inandığını dilə gətirib.

R.T.Ərdoğan Rusiya-Ukrayna müharibəsində gərginliyi artıracaq addımların atılmaması lazım olduğunu söyləyib. O, “sülh körpüsü” hesab etdiyi Qara dəniz təşəbbüsünün əhəmiyyətini vurğulayıb.

Telefon danışığı zamanı V.Putinin Türkiyəyə səfəri ilə bağlı razılıq əldə edilib.

13:30

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı başlayıb.

Turanın səsi ”  xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, iki ölkə liderləri Ukraynadakı müharibənin gələcəyini, həmçinin “Taxıl sazişi”nin perspektivini müzakirə edirlər.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir