Ərdoğanın Putin və Zelenski ilə təmaslarından sonra BMT Ankara ilə əlaqə saxlayacaq
Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski ilə bu günə (4 yanvar – red) planlaşdırılan telefon danışıqlarından sonra BMT Türkiyə rəhbərliyi ilə əlaqə saxlayacaq. “Turanın səsi ” xəbər verir ki, bu barədə BMT Baş katibinin nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.
Onun sözlərinə görə, Ukraynadakı münaqişə zamanı Türkiyə hakimiyyəti bu cür telefon danışıqları ilə bağlı məlumatı mütəmadi paylaşıb.
“Əminəm ki, onlar başa çatdıqdan sonra Türkiyə rəsmiləri ilə əlaqə saxlayacağıq”.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü rusiyalı və ukraynalı həmkarları Vladimir Putin, Volodimir Zelenski ilə telefon danışığı aparmağı planlaşdırır.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09