Ərdoğan Türkiyədə prezident seçkilərinin vaxtının dəyişdiriləcəyi iddiasına münasibət bildirib

0

“Sular durulmadan seçkilərin tarixini konkret müəyyənləşdirmək olmaz”.

Turanın səsi ” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsinin mümkün olub-olmaması ilə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib.

O bildirib ki, ictimai rəydə olan hər şey hakimiyyətin gündəmindədir: “Çünki biz işimizi ictimai rəyi uyğun qururuq”.

Qeyd edək ki, daha əvvəl Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop söyləmişdi ki, gələn il iyunun 18-də keçirilməsi planlaşdırılan prezident seçkilərinin vaxtının qabağa çəkiləcəyi istisna deyil.

Xatırladaq ki, iddialara görə seçkilər aprelin 30-da, mayın 7-də və mayın 14-də keçirilə bilər.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir