Ərdoğan: “Türkiyə dünyada nüvə gücünə çevrilir”
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230403_074511-2.jpg)
“Türkiyə Akkuyu Atom Elektrik Stansiyası nəticəsində dünyada nüvə gücünə sahib ölkələrdən biri olur”.
“Turanın səsi ” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Akkuyu AES-in açılışında videokonfrans vasitəsilə çıxşında deyib.
Onun sözlərinə görə, Rusiya ilk vaxtlardan bu məsələdə Türkiyəyə dəstək verib: “Buna görə həmkarım Vladimir Putinə təşəkkür edirəm. Akkuyu AES Rusiya ilə Türkiyə arasında ən böyük ortaq layihədir”.