Ərdoğan: “TOGG təkcə milli deyil, həm də qlobal brendə çevriləcək”
![](https://turaninsesi.az/wp-content/uploads/2023/04/20230421_151511.jpg)
Türkiyənin ilk elektrikli avtomobili TOGG təkcə milli deyil, həm də dünya brendinə çevriləcək.
“Turanın səsi ” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Ayasofya məscidində bayram namazı qıldıqdan sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, Türkiyənin ilk elektrik avtomobili olan TOGG-un tədarüklərinin davam etdirildiyini vurğulayıb.
Türkiyə lideri xatırladıb ki, TOGG markalı avtomobillər Azərbaycan Prezidenti İlham Əliyevə və Özbəkistan dövlət başçısı Şavkat Mirziyoyevə təqdim olunub.
Qeyd edək ki, TOGG-un seriya istehsalına 2022-ci ilin oktyabrın 29-da Bursanın Gemlikdəki müəssisəsində başlanılıb. Bu İlin sonuna qədər 20 minə yaxın avtomobil istehsal olunacaq. İstehsalçı 2030-cu ilə qədər 1 milyon avtomobil tədarük etməyi qarşıya məqsəd qoyub
Bu elektrikli avtomobillərin satışına mart ayından başlanılıb.
TOGG 100 % elektrik enerjisi ilə hərəkət edən nəqliyyat vasitəsidir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI