Ərdoğan Putin və Zelenski ilə Ukraynada nizamlanmanı müzakirə edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü rusiyalı və ukraynalı həmkarları Vladimir Putin, Volodimir Zelenski ilə telefon danışığı aparmağı planlaşdırır.
“Turanın səsi ” NTV telekanalına istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib.
“Sabah Prezidentimiz Putin və Zelenski ilə telefonla danışmağı planlaşdırır”, – o, NTV telekanalının efirində deyib.
Kalının sözlərinə görə, Ərdoğan Rusiya Federasiyası və Ukrayna prezidentləri ilə Ukrayna böhranının nizamlanmasını müzakirə etmək niyyətindədir.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09