Ərdoğan iyunun 3-də and içəcək

Yeni müddətə yenidən seçilən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 3-də parlamentdə and içəcək və həmin gün ölkənin yeni hökumətinin tərkibini açıqlayacaq.

Turanın səsi ” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun bildirib.

“(Ərdoğanın-red) Andiçmə mərasimi parlamentdə baş tutacaq. O, sonra Prezident Sarayında andiçmə mərasiminə gəlmiş xarici ölkə liderləri və nümayəndələri qəbul edəcək. Elə həmin gün axşam Prezidentimiz yeni hökumətin tərkibini açıqlayacaq”, – Altun bildirib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir