Ərdoğan Baydenlə Ukrayna və İsveçin NATO-ya üzvlüyü məsələsini müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, danışıqlar zamanı Ukrayna və İsveçin NATO-ya üzvlüyü, F-16-ların tədarükü, Türkiyənin Avropa İttifaqına tam inteqrasiyası məsələləri müzakirə olunub.
Liderlər həmçinin ikitərəfli və regional münasibətlərin ətraflı müzakirəsi üçün NATO-nun Vilnüs sammiti çərçivəsində görüşmək barədə razılığa gəliblər.