Ərdoğan: “Baş müəllimin əməkhaqqı 25 000, mütəxəssis müəllimlərin maaşı isə 22 500 lirəyə çatıb”

“Bizim iqtidarda müəllimlərimizin 75 faizinin təyin olunması təhsilə verdiyimiz önəmin göstəricisidir”.

Turanın səsi ” “Hürriyyət”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Təhsil Nazirliyinin tədbirində bildirib.

Onun sözlərinə görə, əlilliyi müəyyən edilmiş 3 500 nəfər müəllim təyin edilib:

“Müəllimlərimizin yığılıb qalmış bütün problemlərini həll etmək bizim üçün də bir imtiyaz idi”.

Prezident bildirib ki, bu ilin mayında 45 000 müəllim təyin ediləcək. O əlavə edib ki, “Müəllim peşəsi haqqında” qanun təhsil sahəsində islahatlardan biridir:

“Baş müəllim və mütəxəssis müəllim adı alan müəllimlərimiz maddi hüquqlarından yararlanmağa başlayırlar. 517 000 yaxın müəllimimizi bir daha təbrik edirəm. Baş müəllimin əməkhaqqı 25 000, mütəxəssis müəllimlərin maaşı isə 22 500 lirəyə çatıb. Müəllimlərimiz hər təkmilləşmədən faydalanmağa davam edəcəklər”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir