Əfqanıstanda ikinci dəfə güclü zəlzələ baş verib – YENİLƏNİB

Əfqanıstanda son 24 saat ərzində ikinci zəlzələ, bu dəfə 6,6 bal gücündə, şənbə günü axşam Qazaxıstandakı seysmik stansiyalar tərəfindən qeydə alınıb.

Turanın səsi ” ” xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin Seysmoloji elmi-təcrübi ekspedisiya xidmətinin məlumatında bildirilib.

Zəlzələnin episentri Alma-Ata şəhərindən 851 km cənub-qərbdə Əfqanıstan ərazisində yerləşib. Yeraltı təkanların ocağı 35 km dərinlikdə olub.

2023-08-05 23:10:

Bu gün Əfqanıstanın Hindukuş dağ silsiləsində 5,7 bal gücündə zəlzələ baş verib.

Turanın səsi ” xəbər verir ki, bu barədə Avropa-Sakit okean seysmologiya mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 161 min insanın yaşadığı Qunduz şəhərindən 176 km şərqdə, ocağı isə yer səthindən 90 kilometr dərinlikdə yerləşıb.

Təbii fəlakət nəticəsində zərər çəkənlər, yaxud dağıntılar olub-olmadığı barədə hələlik məlumat verilmir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir