ZRPŞ-i ötən gün təyyarə qəzasında həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib

Ötən gün, dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi ölkənin bütün ərazisində saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub.

turaninsesi.az” xəbər verir ki, Abşeron rayon Masazır qəsəbəsi Zəngilan şəhərciyində yerləşən ( ZRİH) Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov və digər rəhbər işçilər daxil olmaqla , eyni zamanda həmin şəhərcikdə xidmət edən (ZRPŞ) Zəngilan Rayonu Polis Şöbəsinin rəisi Bəkir Cabbarovun başçılığı ilə şöbənin polis heyyəti həlak olanların xatirəsinə hörmət və ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər.

Qeyd edək ki, təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Dövlət başçısının müvafiq Sərəncamı ilə dekabrın 26-da Azərbaycan ərazisində matəm elan edilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI