Zaqatala sakini xeyli sayda patronu könüllü təhvil verdi, polis ona təşəkkür etdi

0

Zaqatala sakini xeyli sayda patronu könüllü təhvil verdi, polis ona təşəkkür etdi⁰
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, Baş Mühafizə İdarəsinin Zaqatala rayonlararası mühafizə bölməsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən tədbirlər nəticəsində rayon sakini vəfat edən atasından qalan müxtəlif markalı yivli silahlara məxsus 156 ədəd patronu könüllü olaraq polisə təhvil verib. Polis əməkdaşları bu istiqamətdə aparılan profilaktik tədbirlərə dəstək verdiyi üçün vətəndaşa təşəkkür ediblər.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir