Zəngilan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib
Zəngilan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən rayonun 28 saylı tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Tədbirdə iştirak edən rayonun müxtəlif qurumlarının əməkdaşları narkotik bəlasından geniş bəhs edib və gəncləri bu bəladan uzaq olmağa səsləyiblər, onların gələcəkdə uğurlu şəxsiyyətlərə çevrilməsi üçün dəyərli tövsiyələr veriblər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI