Zəngilan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib
Zəngilan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Bakı şəhərində yerləşən rayonun 26 saylı tam orta məktəbində narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.
Bu barədə “Turanın səsi ” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Tədbirdə müasir dövrümüzdə çox böyük təhlükəyə çevrilərək bəşəriyyəti təhdid edən narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən söz açılıb. Narkotik vasitə istifadəçilərinin əhatəsində olan insanlara da ciddi problem yaratdığı qeyd edilib və bu problemlə mübarizə istiqamətində görülən işlər haqqında geniş məlumat verilib.
Sonda maraq doğuran suallar cavablandırılıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI