Zəngilan Rayon Polis Şöbəsi narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirib
Zəngilan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən rayonun 4 saylı tam orta məktəbində narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.
Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Tədbirdə polis əməkdaşları narkomaniyanın insanlar ücün yaratdığı təhlükələrdən söz açaraq sağlam həyat yaşamağın vacibliyini şagirdlərin diqqətinə çatdırıblar. Narkomaniya ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlər barəsində geniş məlumat veriblər. Sonda maraq doğuran suallar cavablandırılıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI