Xankəndi şəhərində müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb
Xankəndi şəhərində müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 7-də Xankəndi şəhərində yerləşən orta məktəblərin birindən və şəhər ərazisindən 766 ədəd narkotik tərkibli güclü təsiredici həblər, həmçinin 20 ədəd avtomat silahı, 1 pulemyot, 3 tapança, 3 tüfəng, 10 qumbara, 9 ədəd alışdırıcı, 5 rabitə vasitəsi, 20 patron darağı, 6188 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI