Xaçmazda Polis Günü qeyd edilib
Xaçmaz şəhərində Polis Günü münasibətilə təntənəli tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla anıblar.
Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov şəxsi heyəti 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə təbrik edib, respublikamızda sabitliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və daxili sabitliyin yaradılmasında, Azərbaycan polisinin müstəsna xidmətləri olduğunu vurğulayaraq, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.
Tədbirdə iştirak edən qonaqlar Azərbaycan polisinin keçdiyi şərəfli tarixi yola nəzər salaraq qeyd ediblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əmin-amanlığın yüksək səviyyədə qorunub saxlanılmasında Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının müstəsna rolu danılmazdır.
Sonra daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun daxili işlər orqanlarının şəxsi heyətinə və veteranlarına təbriki oxunub.
Sonda xidmətdə fərqlənən bir qrup əməkdaşa fəxri fərman və digər mükafatlar təqdim olunub.
⤵️
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI