Vilayət Eyvazovun Yevlaxda vətəndaş qəbulu təxirə salındı
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun martın 2-də Yevlax rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulu və sıra baxışı təxirə salınıb.
Bu barədə “turaninsesi.az ”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, qəbulun yeni vaxtı barədə əlavə məlumat veriləcək.
Lakin qəbulun və sıra baxışının təxirə salınmasının səbəbi açıqlanmayıb.
Arzu Paşaqızı