Vilayət Eyvazov Qubada vətəndaşları qəbul edəcək
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov dekabrın 7-də Quba Rayon Polis Şöbəsinin inzibati binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı şəhər və rayonlarının sakinlərinin qəbulunu keçirəcək.
Bu barədə “Turanın səsi ” nə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı dekabrın 6-dək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI