Vilayət Eyvazov 4 rayonun sakinlərini qəbul edəcək

0

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən fevral ayının 16-da Cəlilabad Rayon Polis Şöbəsinin inzibati binasında Neftçala, Biləsuvar, Cəbrayıl və Cəlilabad şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

Turanın səsi ” in xəbərinə görə, bu barədə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev feysbuk hesabında yazıb.

Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 15.02.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir