Vətəndaşlar “E-Polis”ə hansı məsələlərlə bağlı müraciət edib?

0

Məlum olduğu kimi, 2024-cü ildə Daxili İşlər Nazirliyinin “E-Polis” mobil tətbiqi yaradılaraq vətəndaşların istifadəsinə verilib.

Bu barədə “Turanın səsinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Tətbiqin əsas məqsədi polis-vətəndaş münasibətlərində şəffaflığın, operativliyin artırılması, eləcə də vətəndaşyönümlü xidmətləri təkmilləşdirərək Nazirliyin göstərdiyi elektron xidmətləri daha da əlçatan etməkdir.

Hazırda vətəndaşlar polis idarəsinə getmədən “E-Polis” mobil tətbiqində və ya “e-xidmet.mia.gov.az” portalında Daxili İşlər Nazirliyinin səlahiyyətində olan bir çox xidmətlərdən onlayn qaydada yararlanırlar.

Bəs vətəndaşlar ən çox “E-Polis”ə hansı məsələ üçün müraciət edib?

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, 2024-cü ilin 6 ayında  “E-Polis” tətbiqi üzərindən qeydiyyatdan keçmiş ümumi istifadəçi sayı 149.322 nəfər təşkil edib. Qeyd edilən dövr ərzində vətəndaşlar tərəfindən “E-Polis” tətbiqinə 8.040.348 müraciət olunub.

İstifadəçilər tərəfindən ünvanlanmış – şəxsin özü haqqında ətraflı məlumat üzrə – 685.000, yeniliklər və xəbərlərlə bağlı – 521.000, etibarnamə üzrə – 371.000, sürücülük vəsiqəsi üzrə – 304.600, şəxsiyyət vəsiqəsi üzrə – 279.000, pasport məlumatları üzrə – 243.497, məhkumluğa dair arayış üzrə ümumi – 10.342, avtomobilin yüklü olub-olmamasına dair arayış üzrə ümumi – 1445, “Virtual-102” bölməsi üzrə – 1008, müvəqqəti yerləşmə bölməsi üzrə – 616, avtomobilin zədələnməsinə dair arayış üzrə ümumi – 82 sorğu cavablandırılıb.

Qeyd edək ki, “E-Polis” tətbiqini “App Store” və ya “Google Play”dən yükləyə bilərsiniz. Mobil tətbiqə daxil olarkən 6 müxtəlif xana açılır. Buraya “İnformativ məlumatlar”, “Cərimələr”, “Sənədlərim”, “Etibarnamələr”, “Yeni müraciətlər” və “Digər” bölməsi daxildir.  Burada informativ məlumatlar əldə edə, sənədlərinizi nəzərdən keçirə və cərimələrinizi onlayn qaydada ödəyə bilərsiniz.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir