Şirvanda məişət tullantılarının atıldığı poliqondan avtomat tapılıb
Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində məişət tullantılarının atıldığı ərazidən müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan ” Turanın səsi ” nə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində qeyd olunan ərazidən 1 ədəd avtomat, 1 ədəd daraq və 17 ədəd patron aşkarlanaraq götürülüb.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 6 nəfər şəhər sakini qanunsuz olaraq saxladıqları odlu silahları polis əməkdaşlarına təhvil veriblər.
Faktlarla bağlı araşdırmalar aparılır.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI