Silahlarının könüllülük əsasında təhvil verilməsi üçün profilaktik tədbirlər davam etdirilir
Vətəndaşlarda olan döyüş silahlarının könüllülük əsasında təhvil verilməsi üçün əhali arasında aparılan profilaktik tədbirlər davam etdirilir.
Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Xətai RPİ-nin 37-ci PŞ-nə müraciət edən paytaxt sakinlərindən biri aşkar etdiyi silah-sursatı könüllü polisə təhvil vermək istədiyini bildirib.
Polis vətəndaşın qeyd etdiyi ünvana gəlib və oradan 1 ədəd “Makarov” markalı tapança, 3 ədəd daraq, 108 ədəd müxtəlif çaplı patron, 2 ədəd əl qumbarası və 5 ədəd alışqan (zapal) aşkar edib.
Məlumat verən vətəndaşa qarşı heç bir cəza təhdidi görülməyib. Polisə vaxtında məlumat verdiyi üçün ona təşəkkür edilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI