Sabirabad rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Baş DYP İdarəsinin MƏLUMATI

Bu gün  səhər saat 08:00 radələrində Hacıqabul-Horadiz avtomobil yolunun Sabirabad rayonu ərazisindən keçən 41-ci km-də xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə “Turanın səsinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .


Belə ki, “Mercedes” markalı, 77-GA-219 dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü hərəkətdə olarkən yol çiynindən yolun hərəkət hissəsinə çıxmaq istəyən “Atego” markalı, 99-JL-056 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub.

Qəza zamanı mikroavtobusda olan 1 nəfər sərnişin ağır xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.


 

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir