Qəza nəticəsində piyada svetoforu yararsız hala düşdü
Paytaxtın Binəqədi rayonu, Emin Bağırov küçəsində, 179 nömrəli tam orta məktəbin qarşısında yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə “turaninsesi.az” – a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Hadisə zamanı 1 ədəd düyməli piyada svetoforu yararsız hala düşüb. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən ərazidə yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədilə yeni svetofor quraşdırılacaq.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI