Polislər qanvermə aksiyasında fəal iştirak ediblər

Həkim-hemotoloqlarının iştirakı ilə Astara Rayon Mərkəzi Xəstəxanasında talassemiyalı və hemofiliyalı xəstələrə dəstək məqsədilə qanvermə aksiyası keçirilib.

Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Qan ver, yaşat !” devizi ilə reallaşan aksiyada Astara Rayon Polis Şöbəsinin şəxsi heyəti fəal şəkildə iştirak edib. Onlar bu xeyirxah və nəcib aksiyada iştirak etməyin bir vətəndaşlıq borcu olduğunu hesab etməklə talassemiyadan əziyyət çəkənlərə öz dəstək və diqqətlərini nümayiş etidirblər.
Qeyd edək ki, hər bir donor qanvermədən əvvəl tibbi müayinədən keçirilib və toplanan qan irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir