Polis həftəsonu tapança, avtomat, qumbara və tank mərmisi götürüb

Polis əməkdaşları həftəsonu tapança, avtomat, qumbara və tank mərmisi götürüblər.

Bu barədə “Turanın səsi ” nə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 9-da və 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 2 qumbara, 9 tüfəng, 2 patron darağı və 702 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Keçirilən digər əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 2 tapança, 2 tüfəng, 7 patron darağı və 152 ədəd patron aşkar edilərək götürülüb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir