Polis Akademiyası və Abşeron RPİ-nin şagirdləri ilə görüş keçirilib

Polis Akademiyası və Abşeron RPİ-nin təşkilatçılığı ilə Xırdalan şəhərində
yerləşən təhsil ocaqlarının IX-XI sinif şagirdləri ilə görüş keçirilib

Daxili İşlər Nazirliyinin Polis Akademiyası və Abşeron Rayon Polis İdarəsinin təşkilatçılığı ilə Abşeron rayonu Xırdalanda yerləşən Mədəniyyət Mərkəzində şəhər ərazisində yerləşən təhsil ocaqlarının IX-XI sinif şagirdləri ilə görüş keçirilib. Görüşün keçirilməsində məqsəd yeniyetmə və gəncləri zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onları təhsilə və sağlam həyat tərzinə təşviq etmək olub.
Tədbirlərin sonunda məktəblilərə bukletlər paylanılıb və Polis Akademiyasındakı müasir tədris prosesinə, kursantların hazırlığına həsr edilmiş videoçarx nümayiş olunub.

10 noyabr 2022-ci il

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir