Polis əməkdaşları tərəfindən fasiləsiz xidmət davam edir

Polis əməkdaşları tərəfindən fasiləsiz xidmət davam edir.
Bu barədə “turaninsesi.az” – a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Mövcud hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən paytaxtla yanaşı ölkəboyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət davam etdirilir, yaranan problemlərin aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.
Sürücü, həmçinin piyadaların rahat, təhlükəsiz hərəkətini və mənzil başına təhlükəsiz şəraitdə çatmasını təmin etmək məqsədi ilə cəlb edilmiş əlavə naryad qrupları tərəfindən də bütün köməkliklər göstərilir.
Təşkil edilən fasiləsiz xidmət zamanı digər dövlə
t orqanları ilə birgə işlər davam etdirilir.







⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI