Narkotikin qanunsuz dövriyyəsi barədə ümumilikdə 2 min 909 cinayət faktı aşkarlanıb

0

Bu ilin 3 ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2 min 909 cinayət faktı aşkarlanıb.

Turanın səsi ”  xəbər verir ki, bu barədə məlumat Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə Dövlət Komissiyasının hesabatında öz əksini tapıb.

Hesabatda qeyd olunub ki, bunların 821-i narkotik vasitələrin qanunsuz satışı, 2076-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 12-si isə narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi ilə bağlı olub.

“Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton 787 kq 303,666 qr narkotik vasitələrin və psixotrop maddələrin 271 kq 179,209 qr-nı heroin,1 ton 351 kq 080,549 qr-nı marixuana, 53 kq 146,627 qr-nı tiryək, 23 kq 560,45 qr-nı həşiş, 80 kq 107,451 qr-nı psixotrop maddələr,8 kq 229,38 qr-nı digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 690 ədəd metadon həbi, 135 ədəd çətənə kolu və 186,3 qr güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb”, – məlumatda bildirilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir