Minalı əraziyə daxil olmağa cəhd edən şəxslər saxlanıldı
Tərtər rayonundan digər istiqamət üzrə mina və insan həyatı üçün təhlükəli maddələrdən təmizlənməyən əraziyə daxil olmağa cəhd edən 8 nəfər DİN əməkdaşları tərəfindən müəyyən edilib.
DİN-in mətbuat xidmətinin regional qrupundan “Turanın səsi ” nə bildirilib ki, oktyabrın 15-də günün qaranlıq saatlarında təhlülkəli əraziyə daxil olan şəxslər saxlanılaraq polis orqanına gətiriliblər.
Onlar barəsində müvafiq qaydada protokollar tərtib edilib. Tərtib edilən protokollara baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI