Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar polis gücləndirilmiş iş rejimində xidmətini davam etdirir

0

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması, xidməti vəzifələrin icrasının yüksək səviyyədə təmin edilməsi məqsədilə DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirir.

Bu barədə “Turanın səsi ” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Kütləvi tədbirlərin, insanların sıx toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılıb, mühüm əhəmiyyətli obyektlərin mühafizəsi ciddi nəzarətdə saxlanılır. Respublika əhəmiyyətli avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Dövlət Yol Polisi əməkdaşları profilaktik-maarifləndirmə tədbirləri həyata keçirirlər. Vətəndaşları, o cümlədən bölgələrə səfərə çıxmağa hazırlaşan hərəkət iştirakçılarını qaydalara əməl etməyə çağırırıq.

Məlum olduğu kimi, Qurban bayramı günlərində qurbanlıq heyvanların kəsimi və satışının müvafiq norma və qaydalar çərçivəsində təşkili həyata keçiriləcəkdir. Bu bayram günlərində insanların öz xeyirxah əməllərini təhlükəsiz və sağlamlığa zərər vurmayan şəraitdə yerinə yetirməsinin vacibliyi ilə əlaqədar bildiririk ki, xüsusi ayrılmış yerlərdən kənarda heyvan tədarükü, kəsimi və satışına icazə verilməyəcəkdir.

Bununla yanaşı vətəndaşlar qarşılaşdıqları hər hansı neqativ hallarla bağlı ərazidə 24 saat xidmət aparan polis naryadlarına, həmçinin DİN-in “102” Zəng Mərkəzinə, Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

Bir daha vətəndaşlarımızı Milli Qurtuluş Günü və Qurban bayramı münasibətilə təbrik edir, xoş istirahətlər arzulayırıq!

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir