Maskalanıb evə girdi – Ev sahibinə xəsarət yetirib pulunu apardı

Şəmkir rayonunun Kür qəsəbəsində yerləşən evlərdən birinə maskalanmış formada daxil olan naməlum şəxs ev sahibinə küt alətlə xəsarət yetirərək pul vəsaitini ələ keçirib.

Bu barədə “turaninsesi.az “a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Polis əməkdaşları tərəfindən qeyri-aşkar şəraitdə törədilən cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, 44 yaşlı Akif Məmmədov müəyyən edilərək saxlanılıb. pizza

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Arzu Paşaqızı