Laçında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən odlu silahlar təhvil götürülüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Turanın səsi ” nə bildirilib ki, polis əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.
Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən 3 ədəd müxtəlif kalibrli odlu silah təhvil götürülüb. Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI