KİV: HƏMAS komandiri Livanda PUA hücumu nəticəsində öldürüldü
İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Livanın Sayda şəhərində avtomobili vurub.
“turaninsesi.az” xəbər verir ki, bu barədə “Naharnet” portalı məlumat yayıb.
Zərbə nəticəsində Fələstinin HƏMAS hərəkatının komandirlərindən biri – Samer əl-Hac ölüb. Avtomobildə olan daha bir nəfər yaralanıb.
Portalın məlumatına görə, əl-Hac Sayda şəhərinin kənarında yerləşən Ayn əl-Hilvə fələstinli qaçqın düşərgəsində təhlükəsizlik xidmətinə rəhbərlik edib.