Kiber cinayətkarlığın yeni forması… – DİN-dən xəbərdarlıq

0

Bank kartlarına müdaxilə edərək dələduzluq edən 3 şübhəli şəxs saxlanılıb.

Bu barədə “Turanın səsinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Qeyd olunub ki, kiber cinayətkarlığın yeni forması müşahidə olunur:

“Hər bir vətəndaş diqqətli olmalıdır. İyunun 2-də bank kartı məlumatlarının daxil edildiyi hansısa alış-veriş və xidmət sahələrinə aid olan saytdan vətəndaşın şəxsi məlumatları götürülərək 11205 manat oğurlanaraq naməlum hesaba köçürülüb. İyunun 3-də isə ayrı-ayrı vətəndaşlara məxsus 1350, 700, 220, 3028, 2050, 200, 4800, 68, 95, 100, 8978, 180, 48, 73, 1014, 210, 470, 800 manat pul vəsaitləri isə bank kartı sahibinin şəxsi məlumatları aldadılıb alınmaqla oğurlanıb”.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə Bakı şəhərində vətəndaşların bank kartlarına müdaxilə etməklə pul vəsaitlərini oğurluq və dələduzluq yolları ilə talayan 3 nəfər şübhəli şəxs müəyyən olunaraq tutulub.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir