Kəlbəcərdə avtomobil çaya aşıb, ölən və yaralananlar var
Fevral Ayının 1-də Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Qılınclı kəndi ərazisində ” Niva” markalı avtomobilin idarəetməni itirərək Tərtər çayına aşması barədə məlumat daxil olub.
Bu barədə “Turanın səsi ” nə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovdan məlumat verilib .
Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Avtomobildə olan 3 nəfər çıxarılıb. 2 mülki vətəndaş və bir hərbiçinin olduğu avtomobildə hərbiçi və digər sərnişin F. Hüseynova bədənin əzniyi xəsarəti alsa da, sürücü, 1981-ci il təvəllüdlü Nurlan Babayev ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir.
⤵️
⤵️
⤵️