Horadizdə traktor minaya düşüb, xəsarət alan var, araşdırma aparılır – YENİLƏNİB

Baş Prokurorluq Füzuli rayonu Horadiz kəndi ərazisində mina partlayışı ilə bağlı araşdırma aparır.

Turanın səsi ” nə qurumdan daxil olan məlumata əsasən, dekabrın 7-si saat 10 radələrində Füzuli rayonu Horadiz kəndi ərazisində təsərrüfat işləri aparan zaman traktorun minaya düşməsi nəticəsində 1994-cü il təvəllüdlü Zamin Həsənlinin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.

Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.

11:08

Füzuli rayonu Horadiz kəndi ərazisində dekabrın 7-də saat 10 radələrində təsərrüfat sahəsində əkin işləri aparan traktorun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional qrupundan  “Turanın səsi ” nə bildirilib ki, traktorun sürücüsü 1994-cü il təvəllüdlü Həsənli Zamin xəsarət alıb.

O, polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir