Füzulidə mülki şəxslər minaya düşüb, ölən və yaralanan var

Bu gün Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində minalardan təmizlənməyən ərazidə mina partlayışı hadisəsi baş verib.

Turanın səsi ”  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.

İlkin məlumata əsasən, tank əleyhinə mina partlayışı nəticəsində “Qazel” markalı maşının sürücüsü – 1987-ci il təvəllüdlü Əbilov Famil İlyas oğlu həlak olub, “Kamaz” tipli yük maşınının sürücüsü – 2000-ci il təvəllüdlü Bayramov Namaz Nəbadi oğlu xəsarət alıb.

ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir