Ev əşyalarını pəncərədən tullayan qadın barədə DİN-dən AÇIQLAMA
Aprelin 3-də Abşeron Gənclər Şəhərciyində yaşayan Mətanət adlı qadın səhər saatlarında evinin əşyalarını yaşadığı binanın səkkizinci mərtəbəsindən küçəyə atıb.
Qonşuların sözlərinə görə, həmin şəxsin psixoloji problemləri olub və bu yaşanan ilk belə hal deyil.
“15 gündür ki, bizi narahat edirdi. Hücum edirdi, söyüş söyürdü, qapılarımızı döyürdü”, – qonşu deyib.
Daxili İşlər Nazirliyindən (DİN) məsələ ilə bağlı bildirilib ki, sözügedən qadın Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həkim nəzarəti ilə idarəyə dəvət olunub.
Daha sonra onun ixtisaslaşmış həkim briqadasına təhvil verilərək müalicə mərkəzinə yerləşdirilməsi təmin edilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI