Elşad Hacıyev: “Qarabağdakı erməniəsilli sakinlərin təhlükəsizliyi və hüquqları diqqət mərkəzindədir”
“Azərbaycanın digər bölgələrində yaşayan vətəndaşlar kimi, Qarabağda yaşayan erməniəsilli sakinlərin də təhlükəsizliyi və hüquqlarının qorunması diqqət mərkəzində saxlanılır”.
“Turanın səsi ” in xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev deyib.
Onun sözlərinə görə, Qarabağda yaşayan erməniəsilli sakinlər əsasən sağlamlıq məsələləri ilə bağlı müraciət edirlər: “Onlara lazımı dəstək göstərilir. Füzuli, Kəlbəcər və Ağdamda FHN tərəfindən çadırlar quraşdırılıb. Onlar gündəlik yeməklə də təmin olunurlar”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI