Elşad Hacıyevə polis polkovnik-leytenantı rütbəsi verilib

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyevin rütbəsi artırılıb.

Turanın səsi ”  xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, E.Hacıyevə polis polkovnik-leytenantı rütbəsi verilib.

Qeyd edək ki, E.Hacıyev indiyədək polis mayoru rütbəsini daşıyıb.

O, 2020-ci ildən DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışır.

DİN-in Mətbuat Xidməti idarə səlahiyyətlidir. Nazirliyin müvafiq idarəsi dövlət qurumları arasında ən operativ Mətbuat xidmətlərindən sayılır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir